16:23 24-09-2015
news_image
804
TOP OYUNLARI

Azərbaycan yığması Antverpendə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi artıq Avropa çempionatında oyunlarını keçirəcəyi Antverpendədi. Apasport.az saytının məlumatına görə, Sloveniyada təlim-məşq toplanışı başa vuran Faiq Qarayevin yetirmələri bir günlük istirahətdən sonra Belçikaya gediblər.

 

Onlar sentyabrın 26-da start götürəcək yarışa son məşqləri Antverpendə keçəcəklər.

 

Bu arada, yığmamızla yanaşı, qrup mərhələsində rəqibimiz olan Türkiyə voleybolçuları da bu gün Belçikaya yollanıb.

 

Qeyd edək ki, millimizin yer aldığı B qrupunun oyunları Antverpendə keçiriləcək. Burada Azərbaycan və Türkiyə ilə yanaşı, Macarıstanla ev sahibləri növbəti mərhələ üçün mübarizə aparacaqlar. Qitə birinciliyinə isə Belçika ilə birgə Hollandiya da ev sahibliyi edir.