16:26 24-09-2015
news_image
7113
DÖYÜŞ NÖVLƏRİ

Cüdo yığmamızın yeni baş məşqçisi bəlli oldu

Cüdo üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasında rəhbərlik dəyişdikdən sonra Peter Zayzenbaher yenidən bu vəzifəyə gətirilib.

 

O, bu postda Hacıağa Hacıəhmədovu əvəzləyib. Sabah Zayzenbaher ictimaiyyətə təqdimat olunacaq. 55 yaşlı avstriyalı mütəxəssisin gəlişi cüdoçuların yeni federasiya prezidenti Rövnəq Abdullayevdən xahişi nəticəsində baş tutub.

 

Zayzenbaher Azərbaycan cüdo tarixinə ilk dünya çempionu verən mütəxəssis kimi düşüb. Onun rəhbərliyi altında Elxan Məmmədov (100 kq) mundialın qızıl mükafatına yiyələnib.

 

Qeyd edək ki, bu, Peter Zayzenbaherin cüdo yığmamıza ikinci gəlişidi. O, 2012-ci ilin oktyabrından ötən ilin fevral ayına qədər millimizin “sükanı arxasında” olub.