18:57 25-09-2015
news_image
5630
STOLÜSTÜ OYUNLAR

Şəhriyar da Dünya Kuboku ilə vidalaşdı - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda bu gün 1/4 final mərhələsinin tay-brek görüşləri keçirilib.

 

Yarımfinal üçün əlavə matçlarda Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov da oynayıb. İlk 2 görüşdə Sergey Karyakinlə (Rusiya) heç-heçə edən həmyerlimiz bu dəfə sürətli şahmatda üz-üzə gəlib. Lakin 25 dəqiqə + 10 saniyə sistemi üzrə keçirilən 2 matçda da qalib müəyyənləşməyib.

 

Qrossmeysterlər növbəti mərhələdə daha sürətli (10+10) şahmatda münasibətlərinə aydınlıq gətiriblər.

 

Bu dəfə isə həmyerlimiz rəqibinə həm ağ, həm də qara fiqurlarla məğlub olaraq yarışda mübarizəni dayandırıb.

 

 

Dünya Kuboku

1/4 final mərhələsi, tay-brek oyunları

 

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 2:0

İlk 2 oyun: 1:1

Tay-brek matçları (25+10) - 1:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.