09:56 25-09-2015
news_image
1325
TOP OYUNLARI

Azərbaycanla oyundan çəkinir - FOTO

“Avropa çempionatına üçün hazırlıqlarımız plan üzrə getdi və hər şeyin yüksək səviyyədə başa çatdı. Yarış həmişəki kimi çətin olacaq, güclü rəqiblər var. Amma biz də çox güclüyük. Hədəfimiz fəxri kürsüyə yüksəlməkdi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Ferhat Akbaş deyib.

 

Gənc mütəxəssis sabah start götürəcək Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Azərbaycan, Belçika və Macarıstanla eyni qrupda yer alan “ay-ulduzlular”ın çalışdırıcısı qrup mərhələsini keçəcəklərinə şübhə etmir: “Qrupda 4 komandadan 3-ü növbəti mərhələyə vəsiqə qazanacaq. Azərbaycan və Belçika Avropada güclü rəqiblər hesab olunur. Xüsusilə ev sahibi Belçika son qitə birinciliyində bürünc medal qazanıb. Bu səbəbdən hər 2 komanda ilə çətin oyunlar olacağını düşünürəm”.

 

Qeyd edək ki, Avropa çempionatına Belçika ilə yanaşı, Hollandiya ev sahibliyi edir. B qrupunda yer alan Azərbaycan millisi yarışda ilk matçını Türkiyəyə qarşı keçirəcək.