10:57 25-09-2015
news_image
6181
TOP OYUNLARI

Sabah Avropa çempionatı start götürür!

Sabah qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 1949-cu ildən keçirilməyə başlayan qitənin ən möhtəşəm yarışında sayca 29-cu qalib müəyyənləşəcək.

Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda qitənin ən güclü 16 yığması 4 qrupda gücünü yoxlayacaq. Həlledici mərhələdə Azərbaycan millisi də mübarizə aparacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda B qrupunda Türkiyə, Macarıstan və Belçika yığmaları ilə növbəti mərhələ uğrunda yarışacaq. Voleybolçularımız bu rəqiblərlə dəfələrlə üz-üzə gəlib. Onlardan “ay-ulduzlular” bizim üçün heç də arzuolunan komanda deyil. Çünki Avropa Oyunlarında millimizin medal ümidini məhz türklər dəfn etmişdi. Anverpendə yığmamız revanş almaq istəyində olsa da, bu heç də asan rəsmiləşməyəcək.

 

Son Avropa çempionatının bürünc medalçısı, həmçinin yarışın ev sahibi Belçika ilə də görüşün çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki rəqib hazırda yaxşı formadadı və doğma divarlar kimi üstünlüyü də var. Bu səbəbdən də onlarla matçın tay-brekə qədər uzanması istisna deyil.

 

Digər rəqib – Macarıstanı da zəif hesab etmək olmaz. Onlar Avropa Liqasını qazanmaqla final mərhələsinə yüksəlmələrinin təsadüfi olmadığını sübuta yetiriblər. Həmçinin, rəqib ən azı bir mərhələ adlamaq iddiasında olduğunu açıqlayıb.

 

Lakin komandamızın da bu gün yaxşı formada olduğunu vurğulamalıyıq. Düzdü, son yarışlarda əsas heyət oyunçularımızdan Yana Ağayeva heyətdə yer almayacaq. Amma onun yoxluğunda Faiq Qarayevin komandaya dönüşünü üstünlük hesab etmək olar və millimizin çətinlik çəkmədən qrupdan çıxacağını gözləməyə dəyər. Bu, Avro-2013-dəki uğursuzluğumuzu da unutdura bilər. Əgər ötən yarışdakı kimi qrupda qalsaq, əsl fiasko sayılacaq.

Reqlamentə görə, qrup sonuncuları Avro-2013 ilə vidalaşacaq. II və III yerlərin sahibləri bir-birləri oynayaraq, mübarizəni pley-offda davam etdirəcək. Qrup birinciləri isə birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Yeri gəlmişkən, Avropa çempionatında ən çox medal qazanan ölkə Rusiyadı. Onların aktivində sabiq SSRİ adı ilə 13, müstəqillikdən sonra 5 çempionluğu var. Həmçinin, Polşa, Almaniya, İtaliya hərəyə 2 dəfə, Çexiya, Hollandiya, Serbiya və Bolqarıstan hərəyə bir dəfə qitənin ən güclüsü olmağı bacarıblar.

Qeyd edək ki, yarışa ev sahibliyi Belçika və Hollandiya, həmçinin ötən turnirdə ilk “beşlik”də yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya və İtaliya final mərhələsinə birbaşa qatılıblar.

 

Azərbaycan millisinin heyəti:

 

Toppaylayıcılar: 4. Oksana Kurt, 14. Kristina Yaqubova

 

Blokçular: 2. Kseniya Poznyak, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova

 

Hücumçular: 17. Polina Rəhimova, 5. Odina Bayramova, 11. Yekaterina Jidkova, 20. Marqarita Əzizova

 

Liberolar: 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova, 12. Valeriya Məmmədova




Qrupların tərkibi

A (Apeldorn)

B (Antverpen)

C (Rotterdam)

D (Eyndhoven)

Hollandiya

Belçika

Rusiya

Serbiya

İtaliya

Türkiyə

Xorvatiya

Almaniya

Polşa

Macarıstan

Bolqarıstan

Rumıniya

Sloveniya

Azərbaycan

Belarus

Çexiya



A qrupu

26/9/2015

18:30

Sloveniya - Hollandiya

21:30

İtaliya - Polşa

27/9/2015

18:30

Hollandiya - Polşa

21:30

Sloveniya - İtaliya

28/9/2015

20:00

Polşa - Sloveniya

23:00

Hollandiya - İtaliya



B qrupu

26/9/2015

18:30

Macarıstan - Belçika

23:30

Türkiyə - Azərbaycan

27/9/2015

19:00

Belçika - Azərbaycan

22:00

Macarıstan - Türkiyə

28/9/2015

19:00

Azərbaycan - Macarıstan

23:00

Belçika - Türkiyə



C qrupu

26/9/2015

18:00

Bolqarıstan - Rusiya

21:00

Xorvatiya - Belarus

27/9/2015

18:00

Rusiya -  Belarus

21:00

Bolqarıstan -  Xorvatiya

28/9/2015

20:00

Belarus -  Bolqarıstan

23:00

Rusiya -  Xorvatiya



D qrupu

26/9/2015

18:00

Çexiya - Rumıniya

21:00

Serbiya - Almaniya

27/9/2015

18:00

Rumıniya - Almaniya

21:00

Çexiya - Serbiya

28/9/2015

20:00

Almaniya - Çexiya

23:00

Rumıniya - Serbiya



Pley-off mərhələsi

30/9/2015

Rotterdam

C 1 – A 3

Antverpen

D 2 – B 3

Rotterdam

A 2 – C 3

Antverpen

B 2 – D 3




1/4 final

1/10/2015

Rotterdam

A 1 / C 2 - A 3 cütünün qalibi

Antverpen

B 1 / D 2 - B 3 cütünün qalibi

Rotterdam

C 1 / A 2 – C 3 cütünün qalibi

Sürix

D 1 / B 2 – D 3 cütünün qalibi



1/2 final

3/10/2015

Rotterdam

I 1/4 final cütünün qalibi – II 1/4 final cütünün qalibi

Rotterdam

III 1/4 final cütünün qalibi – VI 1/4 final cütünün qalibi



3-cü yer uğrunda

4/10/2015

Rotterdam

1/2 finalın məğlubları

 


FİNAL

4/10/2015

Rotterdam

1/2 finalın qalibləri