14:11 25-09-2015
news_image
1557
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat - FOTO

Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Rövnəq Abdullayevin prezident seçilməsi ilə yenidən formalaşan qurumda bu vəzifəni Elnur Əşrəfoğlu icra edəcək.

 

Departament rəhbəri bildirib ki, tezliklə federasiyanın rəsmi saytı da fəaliyyətə başlayacaq: “Artıq bu istiqamətdə işlərə start verilib və sayt hazır olduqdan sonra bütün məlumatlar orada yerləşdiriləcək”.

 

Əşrəfoğlu yığmamızın yeni baş məşqçisi Peter Zayzenbaherin köməkçilərinin də adına yaxın günlərdə aydınlıq gələcəyini açıqlayıb.