09:40 26-09-2015
news_image
680
TOP OYUNLARI

Millimizin rəqibində 2 yeni futbolçu

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də millimizlə qarşılaşacaq Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev heyətdə bəzi dəyişikliklər etmək istəyir. Apasport.az saytı Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, təsnifat mərhələsinin sonunda postunu tərk edəcək çalışdırıcı 2 futbolçunu milliyə qaytarmağa qərar verib.

 

Bunlardan biri “Levski”nin yarımmüdafiəçisi Vladimir Qadjevdi. Norveç və İtaliya ilə oyunlara dəvət almayan 28 yaşlı futbolçuya Petev bu dəfə dəvət göndərəcək.

 

Bolqar çalışdırıcının şans verəcəyi digər oyunçu isə sağ cinah müdafiəçisi Jivko Milanovdu. Bu futbolçuların oktyabrın 10-da Xortatiya, 3 gün sonra isə millimizə qarşı oynayacağı ehtimal olunur.

 

Qeyd edək ki, Bolqarıstan yığması Avro-2016-nın pley-off mərhələsinə yüksələ bilmədiyi üçün İvaylo Petevin yığmamızla görüşdən sonra postundan ayrılmasına qərar verilib.