00:07 27-09-2015
news_image
8711
TOP OYUNLARI

Yığmamız Türkiyəyə məğlub oldu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda millimiz də çıxış edir.

 

Komandamız ilk görüşünü bu gün keçirib. B qrupunda Türkiyə, Macarıstan və Belçika milliləri ilə növbəti mərhələ uğrunda yarışacaq millimizin ilk sınağı Türkiyəyə qarşı olub.

 

İlk iki setdə rəqibi ilə başabaş mübarizə aparan yığmamızın voleybolçuları bütün cəhdlərinə baxmayaraq məğlub olub. Üçüncü setdə isə həvəsdən düşən yığma komandamız asan təslim olub. Bununla da Azərbaycan milli komandası Avropa Çempionatına məğlubiyyətlə başlayıb.

 

Qeyd edək ki, matçda komandamızı meydana Faiq Qarayev çıxara bilməyib. Buna təcrübəli mütəxəssisin səhhətindəki problem səbəb olub. Komandamızı oyuna artıq Belçikada olan “Azərreyl”in türkiyəli baş məşqçisi Bülənt Karslıoğlu çıxarıb. Oyunun taktikasını Faiq Qarayev qurub, Karslıoğlu isə Qarayevin həyəcan keçirməməsi üçün meydanda onun tapşırıqlarını icra edib. F. Qarayev də öz növbəsində meydandan kənarda oyunun gedişinə uyğun olaraq, tapşırıqlarını verib.

 

Avropa çempionatının final mərhələsi

26 sentyabr

 

Türkiyə - Azərbaycan - 3:0 (25:21, 28:26, 25:13)