19:40 27-09-2015
news_image
5815
TOP OYUNLARI

Yığmamız yenə set üzünə həsrət qaldı - YENİLƏNİB

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda millimiz də çıxış edir.

 

Komandamız ilk görüşündə dünən Türkiyə millisinə 0:3 hesabı ilə məğlub olub. B qrupunda Türkiyə, Macarıstan və Belçika milliləri ilə növbəti mərhələ uğrunda yarışan voleybol yığmamızın ikinci sınağı Belçika voleybolçularına  qarşı olub.

 

Antverpendə, “Lotto Arena”da saat 19:00-da start götürən qarşılaşma bu dəfə də milli komandamızın məğlubiyyəti ilə nəticələnib. Voleybolçularımız dünən olduğu kimi, bu gün də 0:3  hesabı ilə uduzub.

 

 

Avropa Çempionatı, final mərhələsi

27 sentyabr

 

 

Belçika – Azərbaycan - 3:0 (25:17, 25:20, 27:25)

 

Turnir cədvəli

 

1.

Belçika

2

2

0

6:0

6

2.

Türkiyə

1

1

0

3:0

3

3.

Macarıstan

1

0

1

0:3

0

4.

Azərbaycan

2

0

2

0:6

0