11:51 28-09-2015
news_image
842
TOP OYUNLARI

Bakı klubu Bursada beynəlxalq turnirə qatılacaq

Azərbaycan Çempionlar Liqasında təmsil edəcək “Telekom” oktyabrda Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün təlim-məşq toplanışını Bakıda davam etdirən paytaxt təmsilçisi Bursada beynəlxalq turnirə qatılacaq.

 

Belə ki, oktyabrın 3-də “Bursa Böyükşəhər Bələdiyyəspor” klubunun təşkilatçılığı ilə Çengiz Göllünün xatirəsinə həsr olunan yarış keçiriləcək. Qitənin güclü komandalarının mübarizə aparacağı turnirə Azərbaycandan “Telekom” da dəvət alıb və klub rəhbərliyi yarışda iştirakı təsdiqləyib. 

 

5 gün davam edəcək turnirə Zoran Qayiçin yetirmələri ilə yanaşı, ev sahibləri, “Qalatasaray” (Türkiyə), “Kann” (Fransa), “Atom” (Polşa) və “Proton” (Rusiya) klubları qatılacaq.  

 

Qeyd edək ki, bu yarış ötən ildən keçirilməyə başlayıb.