14:11 28-09-2015
news_image
1170
DİGƏR NÖVLƏR

Vüqar Kərəmov rəqib tanımadı

"Sərhədçi” İdman Olimpiya Mərkəzində MMA idman növü üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışa qatılan “Neftçi İdman Klubu”nun idmançılarından Vüqar Kərəmov (71 kq) məğlubiyyət tanımayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

66 kq çəki dərəcəsində mübarizə aparan Etiram Dərişov isə yalnız final döyüşündə rəqibi ilə bacarmayıb və gümüş medala layiq görülüb.