08:42 29-09-2015
news_image
716
TOP OYUNLARI

Polina Rəhimovanın sevinə bilmədiyi birinciliyi

Qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçirilən Azərbaycan – Macarıstan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1:3 hesabı uduzduğumuz görüşdə yenə də Polina Rəhimova heç kimdən geri qalmayıb.

 

Millimizin hücumçusu 29 xalla lider olduğunu bir daha sübut edib. Digər voleybolçularımızdan Odina Bayramova 10, Kseniya Poznyak 7, Marqarita Əzizova 5, Aynur Kərimova 4, Yekaterina Jidkova 3 və Kristina Yaqubova 1 xal toplayıb.

 

Rəqibin heyətində isə Renata Sandor fərqlənib. O, 20 xalla komandasının qələbəsində mühüm rol oynayıb.

 

Qeyd edək ki, qrupda hər 3 matçda məğlub olan komandamız yarışla vidalaşıb.