12:32 29-09-2015
news_image
599
TOP OYUNLARI

“Azərbaycanla matçda qələbəyə layiq olduğumuzu düşünürəm”

Qadın voleybolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Jan de Brandt Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Azərbaycanla oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandamıza 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlmələrini kollektivin vahid mexanizmlə işləməsi ilə əlaqələndirib.

 

Onun sözlərinə görə, əsas məqsəd uğurun davamını gətirməkdi:

“Azərbaycanla matçda qələbəyə layiq olduğumuzu düşünürəm. Bilirdik ki, Türkiyə və Belçikanın güclü olduğundan hər şey bu matçdan asılı idi. Biz Avropanın 12 ən güclü komandasından biriyik. Bu, böyük uğurdu. Unutmaq lazım deyil, biz yenidən Avropa çempionatının final mərhələsində oynamaq üçün 28 il çalışmalı olduq”.

 

Qeyd edək ki, Macarıstan pley-offda Almaniya voleybolçuları ilə üz-üzə gələcək.