13:39 29-09-2015
news_image

Yığmamız Dünya Oyunlarına yollanır - FOTO

Oktyabrın 2-də Cənubi Koreyanın Munqyeonq şəhərində Hərbçilərin VI Dünya Oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda ölkəmizi boks yarışlarında 7 idmançı təmsil edəcək.

 

Onların arasında dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionatının qalibi Salman Əlizadə (49 kq) kimi tanınmış idmançılar var.

 

Heyətə əsasən Qətərdə keçiriləcək dünya çempionatına yollanmayan boksçular daxil edilib. Komandamız məşqçi Rauf Aydınovun rəhbərliyi altında sabah Cənubi Koreyaya yollanacaq.

 

Çalışdırıcı Əlizadə və Çələbiyevlə yanaşı, Məsud Yusifzadə (52 kq), Elvin İsayev (60 kq), Cavid Quliyev (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədəli Tahirzadəyə (91 kq) şans verəcək.