17:44 29-09-2015
news_image
1278
TOP OYUNLARI

“Azəryol” və “Azərreyl” klublarının rəhbər postlarına təyinatlar rəsmiləşib

“Azəryol” və “Azərreyl” voleybol klublarının rəhbər postlarına təyinatlar rəsmiləşib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, bundan sonra “Azəryol”da prezident vəzifəsini Cəmil Rüstəmxanlı icra edəcək.

 

O, bu postda “Azəryolservis” ASC-nin sabiq, “Azərbaycan Dəmir Yolları” QSC-nin hazırkı sədri Cavid Qurbanovu əvəzləyib.

 

Komandada “Azərreyl”lə ad dəyişikliyi olduğundan icraçı-direktor Zöhrab Gözəlbəyli də “dəmiryolçular”ın düşərgəsinə keçib. O, burada da eyni vəzifəni tutacaq. “Azəryol”da isə Gözəlbəylinin işini Yusif Atakişiyev icra edəcək.

 

“Azərreyl”in prezidentinin adına isə bu günlərdə aydınlıq gələcək.

 

Yeri gəlmişkən, Cəmil Rüstəmxanlı xalq şairi Sabir Rüstəmxanlının oğludu. O, “Azəryolservis” ASC-də sədr müavinidi.

 

Qeyd edək ki, “Azərreyl”i yeni mövsümdə Bülənt Karslıoğlunun, “Azəryol”u isə Aleksandr Çervyakovun çalışdıracağı məlum idi.