09:35 30-09-2015
news_image
751
STOLÜSTÜ OYUNLAR

Dünya Kubokunun iştirakçıları "Sevimli Bala"da - FOTOSESSİYA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları paytaxtda yerləşən "Sevimli Bala" İncəsənət və Şahmat Klubunda olub. Apasport.az saytı yarışın mətbuat xidmətinə istinadən məlumat verir ki, dünya çempionu Vladimir Kramnik, Dünya Kubokunun sahibi, şahmat olimpiadasının beşqat qalibi Pyotr Svidler, qadınlar arasında dünya çempionu Xou Yifan, olimpiya və dünya çempionu Syuzan Polqar buradakı uşaqlarla görüşüblər.

 

Məşhurlar balacaların suallarına cavab verib, onlarla xatirə şəkli çəkdiriblər.