13:08 30-09-2015
news_image
865
TOP OYUNLARI

“Azərreyl”də yeni müqavilələr

“Azərreyl” daha 3 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “dəmiryolçular” komandanın gənc oyunçuları ilə sıralarını genişləndiriblər.

 

Belə ki, Bülənt Karslıoğlu yeni mövsümdə hücumçular Nisəxanım Həzrətli (1997-ci il, 178 sm) və Nikalina Başnakovanın (1998, 187) köməyindən istifadə edə biləcək. Həçminin ötən mövsüm “Azərreyl”ə gələn (“Azəryol”) toppaylayıcı Anastasiya Muzika (1997, 185) yenə də bu klubda olacaq. Komandanın aşağı yaş qruplarında yetişən oyunçular əsas yığma istisna olmaqla, digər millilərimizdə forma geyinib.

 

Bu “trio”ya qədər komandanın “12-liyi” aşağıdakı kimi idi:

 

Toppaylayıcılar: Nutsara Tomkom (Tailand), Natalia Valentin (Pierto-Riko)

Hücumçular: Hali Ekerman, Madison Kinqdon (hər ikisi ABŞ), Fatu Diuk (Seneqal), Odina Bayramova (Azərbaycan), Stefanye Enray (Pierto-Riko)

Blokçular: Kseniya Poznyak (Azərbaycan), Straşmira Filipova (Bolqarıstan), Cessika Cons (ABŞ)

Liberolar: Valeriya Məmmədova (Azərbaycan), Vanna Buakeva (Tailand)

Baş məşqçi: Bülənt Karslıoğu