14:58 30-09-2015
news_image
705
DİGƏR NÖVLƏR

"Neftçi İdman Klubu”nun pauerliftinqçilərindən 2 medal - FOTO

Pauerliftinq üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, AAAF Parkda təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi Elşən Abdurahmanov çempion tituluna yiyələnib.

 

52 kq çəki dərəcəsində mübarizə aparan pauerliftinqçi 250 kq nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

 

Klubun digər idmançısı Pərviz Quliyev (67,5 kq) isə 112,5 kq ağırlığın öhdəsindən gələrək, gümüş medala layiq görülüb.