15:02 01-10-2015
news_image
1035
TOP OYUNLARI

Azərbaycan klubu ev oyununu Hollandiyada keçirəcək

Qadın həndbolçulardan ibarət ABU klubu avrokubokun yeni mövsümünün 2 görüşünü Azərbaycanda keçirməyəcək. Apasport.az saytının məlumatına görə, mübarizəyə “Çelenc Cup”ın III mərhələsindən start verəcək Bakı təmsilçisi yenə doğma publika önündə oynamayacaq.

 

Belə ki, Konstantin Ruvinskinin yetirmələri 1/8 finala gedən yolda Hollandiyanın “Şuler” klubu ilə görüşlərini Emmen şəhərinin Emmer-Kompaskuum qəsəbəsinin “De Klabbe” Kompleksində keçirəcək. İlk oyun noyabrın 20-də, cavab görüşü ertəsi gün təşkil olunacaq. Matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Təmsilçimiz səfərdə oynasa da, birinci dueldə nominal ev sahibi sayılacaq.

 

Qeyd edək ki, yarışa ümumilikdə 25 komanda qatılacaq. İlk iki mərhələsi keçirilməyəcək “Çelenc Cup”ın III mərhələsində 18 klub qüvvəsini sınayacaq və 9 qalib mübarizəyə birbaşa 1/8 finaldan başlayacaq 7 komandaya qoşulacaq. Bu mərhələ isə 2016-cı il yanvarın 9-10 və 16-17-də baş tutacaq.