15:30 01-10-2015
news_image
1695
DÖYÜŞ NÖVLƏRİ

Məhəmmədrəsul Məcidov yığmadan kənarlaşdırıldı

Azərbaycan boks yığması dünya çempionatında iştirak etmək üçün sabah Qətərə yollanacaq. Apasport.az saytının məlumatına görə, millimiz Dohaya getməzdən öncə bu gün Bakıda son məşqinə çıxıb.

 

Yarışda millimizin heyətində 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Belə ki, həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər.

 

Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.

 

Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib: "Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, gələn il son yarış isə Bakıda keçiriləcək. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq, orada uğurla çıxış edəcəm".