17:19 01-10-2015
news_image
796
STOLÜSTÜ OYUNLAR

İlk qarşılaşmanı Svidler qazandı

Bakıda şahmat üzrə keçirilən Dünya Kubokunun final mərhələsinin ilk matçı başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan oyun Pyotr Svedlerin qələbəsi ilə yekunlaşıb.

 

Rusiyalı qrossmeyster həlledici görüşdə Sergey Karyakinə (Rusiya) qalib gəlib.

 

Sabah baş tutacaq ikinci görüşdə Svidler “qaralar”la oynayacaq.

 

Dünya Kuboku

Final, ilk matç

Pyotr Svedler (Rusiya) - Sergey Karyakin (Rusiya) – 1:0

 

Qeyd edək ki, qalib 4 görüşün yekununa əsasən bilinəcək. Əgər bu matçlar heç-heçə bitərsə, çempionun adına tay-brekdə aydınlıq gələcək.