23:30 01-10-2015
news_image
1712
TOP OYUNLARI

“Qarabağ” – “Anderlext” oyununun STATİSTİKA

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.


İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Belə ki, bu top matçda yeganə olub.

 

Oyunun statistikasını təqdim edirik.

 

 

“Qarabağ”

      “Anderlext”

Topla oynama

50%

50%

Qapıya zərbə

7(2)

11(5)

Sarı vərəqə

0

1

Qırmızı vərəqə

0

0

Küncdən zərbə

5

7

Qapıçı qurtarışı

5

1

Oyundankənar

    vəziyyət

 

        6

 

7