08:03 02-10-2015
news_image
1180
TOP OYUNLARI

Ev sahibini Avropa çempionatından kənarlaşdırdılar

Belçika və Hollandiyada keçirilən qadın voleybolçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinala yüksələnlər arasında pley-offda iştirak edənlərdən heç biri yer almayıb.

 

Qrup qalibi kimi 1/4 finala birbaşa yüksələn yığmalar rəqiblərini ciddi çətinlik çəkmədən məğlub ediblər. Yalnız Türkiyə tay-brekdə qalib gəlib.

 

Ev sahiblərindən Hollandiya yoluna davam edərkən, Belçika mübarizəni dayandırıb.

 

1/4 final mərhələsi

Rusiya – İtaliya – 3:1 (30:28, 20:25, 25:23, 25:20)
Serbiya – Belçika – 3:1 (19:25, 29:27, 25:11, 25:18)
Hollandiya – Polşa – 3:1 (25:16, 23:25, 25:16, 25:16)
Türkiyə - Almaniya – 3:2 (25:20, 21:25, 20:25, 25:23, 15:12)

 

1/2 final mərhələsi

3 oktyabr
Hollandiya – Türkiyə

Rusiya – Serbiya

 

Qeyd edək ki, yarışda Azərbaycan millisi mübarizə aparsa da, qrup mərhələsində yarışla vidalaşıb.