14:44 02-10-2015
news_image
916
TOP OYUNLARI

Azərbaycan çempionu “Azəryol”da - FOTO

“Azəryol” Azərbaycan millisinin daha bir voleybolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu gənclər yığmamızın 19 yaşlı liberosu Çinarə Quliyeva ilə güclənib.

 

Komandanın aşağı yaş qrupunda yetişən voleybolçu ən azı 2015/2016 mövsümünü burada keçirəcək.

 

Bu arada komandanın baş məşqçisi Aleksandr Çervyakovun köməkçisinin adına da aydınlıq gəlib. “Rabitə” ilə Azərbaycan çempionu olan Ziya Rəcəbov karyerasını “Azəryol”da davam etdirəcək. 33 yaşlı gənc mütəxəssislə də ilin sonuna kimi anlaşma əldə edilib.

 

Qeyd edək ki, bununla “Azəryol”dakı voleybolçuların sayı 14-ə çatıb. CEV kubokunda oynayacaq komanda daha öncə Leyla Parşkova, Şəfaqət Həbibova, Aynur Kərimova, Yelena Parxomenko, Yuliya Kərimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.