16:24 02-10-2015
news_image
775
TOP OYUNLARI

“Azəryol”un prezidenti komandanın hədəflərini açıqladı

“Azəryol”un yeni rəhbərliyi klubla görüş keçirib. Apasport.az saytının məlumatına görə, mövsümün ilk iclasında komandanın hədəf və məqsədləri açıqlanıb.

 

Klub prezidenti Cəmil Rüstəmxanlı bildirib ki, komandanın uğurlu çıxışı üçün bütün lazımı tədbirlər görüləcək. O, 2015/2016 mövsümündə iştirak edəcəkləri CEV kubokunda və Azərbaycan Super Liqasında “Azəryol”un özünü yaxşı tərəfdən göstərəcəyinə inam ifadə edib. Hər 2 yarışda sonadək mübarizənin əhəmiyyətini diqqətə çatdıran prezident mövsümü uğurla başa vurmağın  vacibliyini bildirib.

 

Rüstəmxanlı oktyabrın 28-də Rumıniyanın “Tarqovitse” klubu ilə görüşdə də komandasına uğurlar arzuladıqdan sonra onların istək və arzularını dinləyib. Məşqçilər korpusu və voleybolçular da komandanı ən yaxşı şəkildə təmsil edəcəklərini dilə gətiriblər.

 

Qeyd edək ki, görüşdə komanda tam tərkiblə iştirak edib. Yığma ilə birgə Belçika və Hollandiyada Avropa çempionatında çıxış edən oyunçular da artıq “Azəryol”un düşərgəsindədi.