09:11 03-10-2015
news_image
695
TOP OYUNLARI

Dünya Kuboku: Yenə Pyotr Svidler

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin ikinci qarşılaşması da Pyotr Svidlerin qələbəsi ilə yekunlaşıb.

 

İlk matçda rəqibinə uduzan Sergey Karyakin ağ fiqurlarla da Rusiya yığmasındakı komanda yoldaşı ilə bacarmayıb. Nəticədə o, 3-cü görüşə 2:0 hesablı üstünlüklə başlayacaq.


Qeyd edək ki, mükafat fondu 1.6 milyon dollar olan yarışın qalibi 120 min dollar qazanacaq. Reqlamentə əsasən finalçılar dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmək imkanı əldə edib.