10:37 03-10-2015
news_image
920
TOP OYUNLARI

“Azərreyl”də yeni kapitan - FOTO

“Azərreyl”un yeni kapitanının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, komandada bu funksiyanı Azərbaycan millisinin də şərəfini qoruyan Odina Bayramova yerinə yetirəcək.

 

“Azərreyl”un aparıcı oyunçularından olan voleybolçu klub rəhbərliyi və komanda yoldaşları tərəfindən bu posta seçilib. Bayramova Oksana Kurtu əvəzləyib. Toppaylayıcı karyerasını başa vurduğundan Bakı təmsilçisi Super Liqada və Çempion Liqasındakı oyunlarına yeni kapitanla çıxacaq.