16:48 03-10-2015
news_image
1173
TOP OYUNLARI

Yığmamızın hücumçusu “Qalatasaray”la oyunda sevindi - FOTO

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni komandası “Proton”da debütü uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, hücumçumuzun 2015/2016 mövsümündə şərəfini qoruyacağı Saratov təmsilçisi Bursada keçirilən Çengiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq turnirə qələbə ilə başlayıb.

 

Qurbanovanın da meydanda olduğu görüşdə “Proton” “Qalatasaray”ı məğlub edib. Ruslar İstanbul klubuna 1 set belə güzəştə getməyiblər – 3:0 (25:18; 25:18; 25:17).

 

Qeyd edək ki, bu yarışda Azərbaycanı “Telekom” təmsil edir. Bakı klubu isə “Proton”la oktyabrın 7-də üz-üzə gələcək.