17:22 05-10-2015
news_image
657
DİGƏR NÖVLƏR

Dünya Oyunlarında 5 medaldan 4-ünü “Neftçi İdman Klubu” üzvləri qazanıb

Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki qüsurluların Dünya Oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, idmanın oxatma, güləş, atletika, üzgüçülük, stolüstü tennis növləri üzrə keçirilən oyunlarda parataekvondo yarışları da yer alıb.

 

G4 kateqoriyalı yarışlara 6 idmançı ilə qatılan parataekvondo üzrə milli komandamız uğurla çıxış edərək 4 qızıl və 1 bürünc medala sahib olub.

 

Qazanılan 5 medaldan 4-ü “Neftçi İdman Klubu”nun paralimpiyaçılarına məxsusdu. Klubun yetirmələrindən Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aynur Məmmədova (+58 kq) Dünya Oyunlarının qızıl medallarına yiyələniblər. Aleksandr Polişuk (+75 kq) isə yarışı bürünc medalla başa vurub.