10:06 09-10-2015
news_image
1074
TOP OYUNLARI

“Lokomotiv” “Modena” önündə aciz qaldı

İtaliyada təlim-məşq toplanışında olan “Lokomotiv” növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi üçüncü oyununda “Modena” ilə qarşılaşıb.

 

Matç Fransua Salvaqninin yetirmələri üçün elə də məğlubiyyətlə başa çatıb. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “dəmiryolçular” İtaliyanın köklü klublarından olan “Modena” qarşısında aciz qalıblar – 1:3 (16:25; 23:25; 25:16; 18:25).

 

Bolonya hazırlıqlarını davam etdirən “Lokomotiv” növbəti oyununa sabah çıxacaq. Rəqib "Pyaçentsa" klubu olacaq. Bu qarşılaşmadan sonra İtaliya toplanışını başa vuran komanda oktyabrın 11-də vətənə dönəcək.

 

Qeyd edək ki, “Lokomotiv” “Modena” ilə görüşdən öncə “Bisonte”  ilə heç-heçə (2:2) edib, “Skandicci” üzərində 3:1 hesabı ilə qələbə qazanıb.