00:02 10-10-2015
news_image
1246
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı boksçu Məhəmməd Əli ilə döyüşəcək

Qətərdə keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, daha 3 boksçumuz rinqə çıxıb.

 

Əvvəlcə Elvin Məmişzadə (52 kq) Avropa oyunlarında məğlub etdiyi Hamza Toubayla (Almaniya) üz-üzə gəlib. Boksçumuz bu dəfə də rəqibinə heç bir şans verməyərək, inamlı qələbə qazanıb - 3:0.

 

Məmişzadə 1/4 finalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq. Həmin görüş sabah axşam proqramında olacaq.

 

Dünya və Avropa çempionu Albert Səlimov da (60 kq) 1/4 final mərhələsinə vəsiqə qazanıb. Millimizin üzvü 1/8 finalda irlandiyalı Sean Makkombla görüşdə çətinliklə də olsa qalib gəlib - 2:1.

 

Səlimov sabah axşam proqramında fransalı Sofian Oumiha ilə qarşılaşacaq.

 

Təssüff ki, Teymur Məmmədov ümidləri doğrultmayıb. Olimpiya oyunlarının mükafatçısı rusiyalı Pavel Silyaginlə döyüşdən məğlub ayrılıb. Halbuki Məmmədov bu boksçunu Avropa Oyunlarında üstələmişdi.

 

Pərviz Bağırov (69 kq) dünya çempionatının 1/8 final mərhələsində qələbə qazanıb. Milli komandamızın üzvü meksikalı Marvin Kabrera ilə görüşdə rəqibdən bir baş üstün təsir bağışlayıb. Nəticədə, 3 raunddan sonra hər 3 hakim həmyerlimizin üstünlüyünü qeydə alıb - 3:0.

 

Boksçumuz 1/4 final mərhələsinda Kuba təmsilçisi Roniel İqlesiasla üz-üzə gələcək.