23:32 11-10-2015
news_image
1230
DÖYÜŞ NÖVLƏRİ

Dünya Çempionatı: Abdullayev məğlub oldu, 3 boksçumuz final arzusunda

Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 4 boksçumuzun yarımfinala çıxdığı turnirdə təmsilçilərimizdən biri döyüşə çıxıb.

 

Dünən axşam saatlarında rinqə çıxan, 91 kq-da mübarizə aparan Abdulqadir Abdullayev kubalı rəqibi Erislandi Savona məğlub olub – 0:3.

 

Daha üç boksçumuz isə bu gün final uğrunda görüşə çıxacaqlar.

 

52 kq çəki dərəcəsində döyüşən Elvin Məmişzadə Əlcəzair təmsilçisi Mohammed Flissi ilə qarşılaşacaq.

 

60 kq-dakı təmsilçimiz Albert Səlimov isə braziliyalı Robson Donato ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

69 kq üzrə isə Pərviz Bağırov qazaxıstanlı Daniyar Elesuinov ilə döyüşəcək.