10:55 12-10-2015
news_image
801
DİGƏR NÖVLƏR

Dünya ulduzunun “Rolls Royce” və “Bentley”i yandı

Dünyanın ən çox qazanan idmançısı olan ABŞ-lı peşəkar boksçu Floyd Meyviter xoşagəlməz olayla üzləşib. Apasport.az saytı xəbər verir ki, 38 yaşlı idmançının avtomobilləri yanıb.

 

Hadisə Meyviterin 4 bahalı avtomobili - iki “Rolls Royce”, bir “Bentley” və bir xüsusi hazırlanmış “Jeep”i Las Veqasdan Mayamiyə aparılarkən baş verib. Onları daşıyan tırda yanğın baş verib və nəticədə bütün maşınlar külə dönüb.

 

Maraqlıdı ki, Meyviter hadisə ilə bağlı danışarkən “onlar istifadə etmədiyim maşınlar idi” açıqlamasını verib.