22:12 12-10-2015
news_image
4676
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatı: Səlimov və Məmişzadə finalda, Pərviz Bağırov Olimpiadaya lisenziya qazandı - YENİLƏNİB

Qətərin paytaxtı Dohada davam edən boks üzrə dünya çempionatından sevindirici xəbər gəlib. Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin Məmişzadə yarımfinal görüşündə əlcəzairli Muhammed Flissi məğlub edib.

 

Texniki nokautla qalib gələn təmsilçimiz finala adlamaqla həm də 2016-cı ildə baş tutacaq Rio Olimpiadasına lisenziyanı təmin edib. O, finalda kubalı Yosbani Veyta ilə qızıl medal savaşına çıxacaq.

 

Bu gün daha iki boksçumuzun görüşü keçirilib

 

60 kq-dakı təmsilçimiz Albert Səlimov braziliyalı Robson Donatonu məğlub edib. Rinq ustası 2:1 hesablı qələbə qazanaraq finalda güc göstərmək şansı qazanıb. Qeyd edək ki, Səlimov Olimpiadaya vəsiqəni daha əvvəl AİBA turnirində əldə etmişdi.

 

69 kq üzrə isə Pərviz Bağırov qazaxıstanlı Daniyar Elesuinova məğlub olub. Bürünc medal qazanan boksçumuz Olimpiada lisenziyasını da əldə edib.