14:01 13-10-2015
news_image
738
TOP OYUNLARI

"Neftçi" kimi klubla əməkdaşlıq çox önəmlidi" - VİDEO

“Neftçi”nin dəvəti ilə Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Texeira Bakıda səfərdədi. Apasport.az saytının xəbərinə görə, cənubi amerikalı bu gün “Neftçi”nin 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib. 


O, Bakı haqqında təəssüratları və “Neftçi” ilə əməkdaşlıq barəsində klub saytına danışıb danışıb:


“Bakı ilə bağlı ilk təəsüratlarım haqqında onu deyə bilərəm ki, çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. “Neftçi”də çıxış edən futbolçulardan Ayltonu 17 yaşından tanıyıram. Uzun müddət biryerdə çalışmışıq.“Neftçi” nümayəndələr ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. “Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir. “Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üsulumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq”.