00:33 14-10-2015
news_image
726
TOP OYUNLARI

204-cü

Sofiyada Bolqarıstan ilə keçirilən AVRO-2016-nın seçmə mərhələsinin son oyunu Elnur Cəfərovun Azərbaycan millisində debüt matçı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan 18 yaşlı hücumçu karyerasında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyinib.

 

“Xəzər Lənkəran”ın gənc futbolçusunun debütü ilə millidə oynamış futbolçuların sayı 204-ə çatıb.

 

Bolqarıstanla görüşədək baş tutan 217 qarşılaşmada 203 oyunçu meydana çıxmışdı. Robert Prosineçkinin baş məşqçi olduğu 2015-ci ildəki 7 qarşılaşmada Cəfərova qədər 7 oyunçu – Namiq Ələsgərov, Eddi İsrafilov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Cavid Tağıyev debüt edib.

 

Qeyd edək ki, millinin rekordçusu Rəşad Sadıqovdu. O, 101-ci oyununa çıxıb.