12:22 14-10-2015
news_image
1104
DİGƏR NÖVLƏR

Azərbaycan karateçisi dünya çempionu oldu

Serbiyanın Subotitsa şəhərində 23 skdun karate üzrə dünya çempionatı və dünya kuboku keçirilib. Apasport.az saytının məlumatına görə, 45 ölkədən 2000 idmançının qatıldığı yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, yarışlarda karateçilərimizdən Sədi Namazov, İsmayıl Bayramzadə, Orxan Mütəllibov, Röyal Haqverdiyev, Səbuhi Nuriyev yüksək nəticələr göstərərək, birinci və ikinci yerləri bölüşdürüblər. Onlar komanda hesabında ikinci olaraq, Vətənə qızıl və gümüş medalla qayıdıblar.