14:21 15-10-2015
news_image
5469
DÖYÜŞ NÖVLƏRİ

Yeni məşqçi, köhnə heyət

Oktyabrın 17-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Yığmamızın yeni baş məşqçisi Peter Zayzenbaher ilk sınağında “köhnə qvardiya”ya şans verəcək. İkinci dəfə millinin “sükanı arxası”na keçən avstriyalı mütəxəssis əvvəldən yaxşı tanıdığı İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokaurinin (+100 kq) hazırkı durumunu yoxlayacaq.

 

Qadınların yarışında isə ölkəmizi Ayşə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) təmsil edəcəklər.

 

Qeyd edək ki, son aylarda yığmamız ilk dəfə beynəlxalq yarışa belə böyük heyətlə yollanır.