Boks üzrə Azərbaycan millisi dünya çempionatlarında medalların sayına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, Pedro Rokun başçılıq etdiyi yığmamız buna Qətərin paytaxtı Dohada başa çatan mundialda nail olub.
Belə ki, müstəqil ölkə kimi qatıldığımız yarışlarda millimiz ilk dəfə 4 medal qazanmaqla yeni rekord müəyyənləşdirib. Buna kimi komandamız ən çox mükafatı 2003-cü ildə Bankokda, 2005-ci ildə Myanyanqda, 2013-cü ildə Almatıda qazanmışdı. Bu dəfə isə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız bütün göstəriciləri arxada qoyub.
Həmçinin, boksçularımızın mundiallarda Azərbaycan himnini səsləndirməsi ənənəsi davam edib. 2003-cü ildən sonra çempion olmağımızda 8 illik fasilə yaranmışdısa, 2011-ci ildən bu seriya qırılmır. Həmin il dünyanın ən güclüsü olan Məhəmmədrəsul Məcidov (+91 kq) növbəti mundialda da uğurunu təkrarlayıb. Almatıda keçirilən yarışda ona Cavid Çələbiyev (56 kq) də qoşulub. Dohada isə bu uğurlu seriyanı Elvin Məmişzadə (52 kq) davam etdirib.
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatında boksçularımız Braziliyaya vəsiqələrinin sayını da artırıblar. Əgər yarışda gümüş medal qazanan Albert Səlimov (60 kq) WSB liqasında bu hüquqa yiyələnmişdisə, yeni dünya çempionumuz Məmişzadə və yarışın bürünc medalçısı Pərviz Bağırov (69 kq) Cənubi Amerikaya bileti məhz Dohadan sifariş ediblər.
Qətərdə fəxri kürsüyə qalxan Abdulqədir Abdullayev isə 91 kq çəki dərəcəsində yalnız qaliblər lisenziyaya sahib olduğundan bürünc medalla kifayətlənib.
Qeyd edək ki, boks yığmamız 2 il öncə Almatıda baş tutan mundialdan da vətənə rekordla qayıtmışdı. Həmin vaxt komandamız medal əyarına görə bütün göstəricilərini arxada qoyub, mükafat sayında isə ən yüksək nəticəmizi təkrarlamışdı.
Dünya çempionatındakı bütün mükafatçılarımız
İl |
Keçirildiyi yer |
Çəki dərəcəsi |
idmançı |
Medal |
1999 |
Hyuston (ABŞ) |
81 kq |
Əli İsmayılov |
Bürünc |
2003 |
Banqkok (Tailand) |
54 kq |
Ağası Məmmədov |
Qızıl |
|
|
64 kq |
Tofiq Əhmədov |
Bürünc |
|
|
69 kq |
Ruslan Xairov |
Bürünc |
2005 |
Myanyanq (Çin) |
60 kq |
Roman Amanov |
Gümüş |
|
|
64 kq |
Emil Məhərrəmov |
Bürünc |
|
|
91 kq |
Elçin Əlizadə |
Gümüş |
2007 |
Çikaqo (ABŞ) |
51 kq |
Samir Məmmədov |
Bürünc |
2011 |
Bakı (Azərbaycan) |
91 kq |
Teymur Məmmədov |
Gümüş |
|
|
+91 kq |
Məhəmmədrəsul Məcidov |
Qızıl |
2013 |
Almatı (Qazaxıstan) |
56 kq |
Cavid Çələbiyev |
Qızıl |
|
|
91 kq |
Teymur Məmmədov |
Bürünc |
|
|
+91 kq |
Məhəmmədrəsul Məcidov |
Qızıl |
2015 |
Doha (Qətər) |
52 kq |
Elvin Məmişzadə |
Qızıl |
|
|
60 kq |
Albert Səlimov |
Gümüş |
|
|
69 kq |
Pərviz Bağırov |
Bürünc |
|
|
91 kq |
Abdulqadir Abdullayev |
Bürünc |