10:00 17-10-2015
news_image
1323
DÖYÜŞ NÖVLƏRİ

Pərviz Abdullayev serbiyalıya qalib gəldi - FOTO

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, o, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb.

 

72,5 kq çəki dərəcəsində çıxış edən "Kobra" ləqəbli idmançımız serbiyalı Haris Ferizoviçlə qarşılaşıb. 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub.

 

Onların rəyinə əsasən hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb.