13:36 17-10-2015
news_image
5360
DÖYÜŞ NÖVLƏRİ

Rövnəq Abdullayev Fransada

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Fransada səfərdədi. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri Azərbaycan yığmasının da iştirak etdiyi “Böyük dəbilqə” yarışı zamanı Parisdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb.

 

Görüş zamanı yeni vəzifəyə təyin olunması münasibətilə Abdullayevi tərik edən Vizer Azərbaycanda dövlət səviyyəsində idmana qayğını yüksək qiymətləndirib. İJF rəhbəri eyni zamanda bu il ölkəmizdə təşkil edilən I Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini də vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Sadıq Sadıqov və Elnur Məmmədli də hazırda Rövnəq Abdullayevlə birlikdə Fransasadılar.