08:37 19-10-2015
news_image
719
STOLÜSTÜ OYUNLAR

SOCAR və "Odlar Yurdu"ndan qələbə ilə start

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. Apasport.az saytının məlumatına görə, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur.

 

Bunlar Avropa Kubokunun son qalibi SOCAR və "Odlar Yurdu" klublarıdı.

 

İlk turda yarışın favoritlərindən sayılan SOCAR  Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib - 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb. 

Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb. 

 

 

I tur

“Tammer-Şakki” (Finlandiya) – SOCAR (Azərbaycan) - 0,5:5,5
Mika Kartunen (2443) - Veselin Topalov (2813) - 0:1
Henri Pohyala (2408) - Aniş Qiri (2798) - 0:1
Veyjo Maki (2373) - Maykl Adams (2742) - 0:1
Pekka Koykka (2316) – Şəhriyar Məmmədyarov - 0:1
Yani Ahvenyarvi (2289) - Rauf Məmmədov (2736) - 0,5:0,5
Henri Torkola (2158) - Eltac Səfərli (2657) - 0:1


“Uayt Roz” (İngiltərə) – “Odlar Yurdu” (Azərbaycan) - 2:4
Peter Uells (2453) - Ülvi Bacarani (2546) - 0:1
Ceyms Adair (2446) - Vüqar Rəsulov (2505) - 1:0
Yan Van De Qrind (2352) - Nicat Abasov (2517) - 0:1
Pol Taunsend (2240) - Qadir Hüseynov (2634) - 0:1
Stefan Barrett (2214) - Nicat Məmmədov (2590) - 1:0
Kiran O'Driskoll (2079) - Zaur Məmmədov (2458) - 0:1