08:54 19-10-2015
news_image
499
DİGƏR NÖVLƏR

Velosipedçimiz Fransada 5-ci oldu

Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə uğurla çıxış edib. Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda iştirakçılar 21 km məsafə qət ediblər.

 

Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edərək yekunda 5-ci yeri tutub və bununla da Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Hazırda Yelena Pavluxinanın aktivində ümumilikdə 53 reytinq xalı var.