09:27 19-10-2015
news_image

Taekvondoçumuz Mançesterdə bürünc medal qazandı

İngiltərənin Mançester şəhərində Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən Qran-pri turnirinin III mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 medalla başa vurub.

 

Belə ki, komandamıza medalı Patimat Abakarova qazandırıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Dünya Oyunlarının qalibi üçüncü yerlə kifayətlənib. O, yarımfinalda tailandlı Çanatip Sonkxama uduzub.  

 

Qeyd edək ki, turnirin ilk günü Ayxan Tağızadə (68 kq), Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsüyə qalxa bilməmişdi.