09:55 19-10-2015
news_image
928
TOP OYUNLARI

Millimizin hücumçusu Yaponiya çempionatında debüt etdi

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yaponiya çempionatında ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun şərəfini qoruduğu “Toyota” yarışın açılış matçında “NEC Red Rockets”in qonağı olub.

 

Qarşılaşma Kariya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Voleybolçumuzun komandası ötən ilin çempionuna heç bir şans verməyib – 3:0 (25:21; 29:27; 25:19).

 

Rəhimova qarşılaşmada 35 xal toplayıb. Bunlardan 31-ni hücumda qazanan həmyerlimiz 2 dəfə eysdə və eyni sayda blokda dəqiq oynayıb.