14:57 19-10-2015
news_image
851
TOP OYUNLARI

“Azəryol” sifariş ərizəsini CEV-ə göndərdi

“Azəryol” CEV kuboku üçün iştirak ərizəsini tamamlayıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu 2015/2016 mövsümü üçün 15 voleybolçu sifariş edib.

 

Bu oyunçular Azərbaycan da daxil olmaqla, 6 ölkəni təmsil edirlər. CEV-ə göndərilən sifariş ərizələri ilə yeni transferlər nömrələrini də tanıyıblar.  

 

Toppaylayıcılar: 2. Marin Apitz (Almaniya), 12. Şəfaqət Həbibova (Azərbaycan)

Hücumçular: 5. Malika Kanzonq (Tailand), 11. Yekaterina Jidkova (Azərbaycan), 4. Stefani Niemer, 3. Loren Vayt (hər ikisi ABŞ), 9. Anna Stepanyuk (Ukrayna), 10. Kinqa Kasprjak (Polşa),

Blokçular: 15. Aynur Kərimova, 7. Yelena Parxomenko, 17. Janell Saykes (ABŞ)

Liberolar: 16. Ceyran Əliyeva, 8. Yuliya Kərimova, 14. Çinarə Quliyeva, 18. Leyla Parşkova

Baş məşqçi: Aleksandr Çervyakov

Məşqçi köməkçisi: Ziya Rəcəbov

 

Qeyd edək ki, “Azəryol” CEV kubokunun 1/16 final mərhələsində Rumıniya “Tarqovitse”si ilə oynayacaq.