15:55 19-10-2015
news_image
1722
TOP OYUNLARI

Azərbaycan millisinin hücumçusu Çin klubunda! - FOTO

Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva yeni mövsümdə də legioner həyatı yaşayacaq. Apasport.az sayının məlumatına görə, yığmamızın milliləşdirilmiş hücumçusu yenidən Asiyaya üz tutub.

 

Ağayeva bu dəfə Cənubi Koreya deyil, Çin çempionatında oynayacaq. O, paytaxt Pekinin eyniadlı - “Beijing” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. 28 yaşlı hücumçu “Rabitə”nin sabiq blokçusu Nataşa Krsmanoviçi də trasfer edən komanda ilə 1 illik müqavilə bağlayıb.

 

Ağayeva ölkəmizə gəldikdən sonra Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Türkiyənin “Çanaqkala Bld” klublarında da legioner həyatı yaşayıb.

 

Qeyd edək ki, Yana Avro-2015-də hazır formada olmadığı üçün Faiq Qarayev onu “12-liyə” salmamışdı.