08:39 20-10-2015
news_image
2660
STOLÜSTÜ OYUNLAR

Azərbaycan klubu “Verder”ə şans vermədi

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın II turunda Azərbaycan klubları Almaniya və İsveçrə təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətiriblər.

 

İlk qarşılaşmasında 5,5:0,5 hesabı ilə qələbə qazanan SOCAR bu dəfə də 2 xalı qazanmaqda çətinlik çəkməyib. Almaniya “Verder”i ilə üz-üzə gələn Azərbaycan klubu rəqibini 5:1 hesabı ilə məğlub edib. Komandanın heyətində yalnız Aniş Qiri uduzub.

 

Yarışa uğurla başlayan (4:2) digər klubumuz “Odlar Yurdu” da inamlı çıxışını davam etdirib. İsveçrə “Jeneva”sı ilə qarşılaşan təmsilçimiz “quru hesablı” qələbə sayəsində liderliyə yüksəlib.

 

 

II tur

 

“Verder” (Almaniya) – SOCAR (Azərbaycan) – 1:5
Vlastimil Babula (2554) - Aniş Qiri (2798) – 1:0
Qennadiy Fiş (2460) - Fabiano Karuana (2796) – 0:1
Sven Çarmete (2257) - Teymur Rəcəbov (2738) – 0:1
Yoahim Asendorf (2275) – Şəhriyar Məmmədyarov (2736) – 0:1
Stefan Buhal (2329) - Rauf Mamedov (2657) – 0:1
Fabian Brinkmann (2051) - Eltac Səfərli (2657) – 0:1

Odlar Yurdu” (Azərbaycan) – “Jeneva” (İsveçrə) – 6:0
Emil Sutovski (2635) - Klovis Vernay (2460) – 1:0
Vasif Durarbəyli (2618) - Nikita Petrov (2450) – 1:0
Ülvi Bacarani (2546) - Aleksandr Vugllemyer (2345) – 1:0
Qədir Hüseynov (2634) - Rihard Qerber (2368) – 1:0
Nicat Məmmədov (2590) - Klod Landerberqye (2353) – 1:0
Zaur Məmmədov (2458) - Stefan Batçinski (2265) – 1:0
 

Turnir cədvəli: 1. “Odlar Yurdu” (Azərbaycan), “Alkaloid” (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) – 4 xal.