23:15 20-10-2015
news_image
2914
STOLÜSTÜ OYUNLAR

Avropa Kuboku:SOCAR-dan 3-cü qələbə, "Odlar Yurdu" məğlub oldu - YENİLƏNİB

Makedoniyanın Skopye şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın III günündə Azərbaycan klubları daha güclü rəqiblərlə qarşılaşıb.

 

Belə ki, əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən “Odlar Yurdu” ev ikinci pillədə qərarlaşan ev sahiblərinin “Alkaloid” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz görüşdən məğlub ayrılıb - 2,5:3,5.

 

Hər 2 görüşünü qələbə ilə başa vuran SOCAR isə seriyasını Rusiyanın “Universitet-Beloreçensk” klubu qarşısında da davam etdirib - 4,5:1,5

 

 

III tur

 

SOCAR (Azərbaycan) – “Universitet-Beloreçensk” (Rusiya) - 4,5:1,5

 

Veselin Topalov (2813) – Boris Gelfand (2741) - 0,5:0,5

 

Aniş Qiri (2798) – Vladimir Malaxov (2694) - 0,5:0,5

 

Fabiano Karuana (2796) – Baadur Jobava (2683) - 1:0

 

Maykl Adams (2742) – Sergey Rublevski (2702) - 1:0

 

Teymur Rəcəbov (2738) – Yevgeni Alekseyev (2642) - 1:0

 

Şəhriyar Məmmədyarov – Konstantin Landa (2626) - 0,5:0,5

 

 

“Odlar Yurdu” (Azərbaycan) – “Alkaloid” (Makedoniya) - 2,5:3,5

 

Emil Sutovski (2635) – Vasili İvançuk (2726) - 0,5:0,5

 

Vasif Durarbəyli (2618) – Yevgeni Tomaşevski (2758) - 0,5:0.5

 

Ülvi Bacarani (2546) – Dmitri Yakovenko (2748) - 0,5:0.5

 

Vüqar Rəsulov (2505) – Dmitri Andreykin (2720) - 0:1

 

Nicat Abasov (2517) – Yuri Krivoruçko (2710) - 0,5:0,5

 

Qədir Hüseynov (2634) – Yanqyi Yu (2721) - 0,5:0,5