22:31 21-10-2015
news_image
1623
STOLÜSTÜ OYUNLAR

Avropa Kuboku: Təmsilçilərimiz Avstriya və İtaliya klublarına qalib gəldilər

Makedoniyanın Skopye şəhərində keçirilən şahmat üzrə klublar arasında Avropa Kubokunda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın IV günündə Azərbaycan klubları növbəti görüşlərini keçiriblər.

 

İlk üç görüşdən qələbə ayrılan SOCAR “Obiettivo Risarcimento Padova” (İtaliya) ilə qarşılaşıb. Təmsilçimiz qalib gəlib. Komandamızın heyətində Veselin Topalov və Şəhriyar Məmmədyarov qələbə qazanıb. Digər komanda üzvləri isə heç-heçəyə razılaşıblar.

 

İki qələbə qazanıb, yalnız 3-cü turda məğlub olan “Odlar Yurdu” isə “MPA-Maria Saal” (Avstriya”) klubundan üstün olub. Vasif Durarbəyli, Nicat Abbasov, Nicat Məmmədov və Zaur Məmmədovun qalib gəldiyi oyunda Ülvi Bacarani bərabərliyə razılaşıb. Emil Sutovski isə yeganə məğlub olan şahmatçımız olub.

 

Şahmat üzrə Klublar arasında Avropa Kuboku

IV tur

 

SOCAR - “Obiettivo Risarcimento Padova” (İtaliya) – 4:2

 

“MPA-Maria Saal” (Avstriya”) – “Odlar Yurdu” – 1,5:4,5